DÜNYA

ABŞ-da kimya zavodunda dəhşətli yanğın

ABŞ-ın Nyu-Cersi ştatının Passaik şəhərində kimyəvi zavodda yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Bölgədə bəzi küçələr nəqliyyatın hərəkətinə bağlanıb, alov qısa müddətdə böyüyərək obyektin böyük hissəsini bürüyüb. Passaik meri Hektor Lora alovun digər binalara keçdiyini, sakinləri isə pəncərələrini bağlı saxlamağa və evdə qalmağa çağırıb.

Yanğında indiyədək itki olmasa da, yüngül yaralanan 1 yanğınsöndürən xəstəxanada müalicə olunub. Passaik yanğınsöndürmə xidmətinin rəisi Patrik Trentakost bildirib ki, ilkin məlumata görə, obyektdə heç kim olmayıb. Səbəbi hələ məlum olmayan yanğına 200-ə yaxın yanğınsöndürən müdaxilə etməyə davam edir.

İQTİDAR.AZ