İDMAN

Hakan Çalhanoğlu ötən ayın ən yaxşı futbolçusu seçilib

İtaliyanın “İnter” klubunda dekabrın ən yaxşı futbolçusu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu ötən ayın ən yaxşısı seçilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu dekabrda iştirak etdiyi 6 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.