İQTİSADİYYAT

Neft qiymətləri bahalaşıb

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,59 dollar artaraq 86,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,70 dollar bahalaşaraq 83,82 dollar olub.