İQTİSADİYYAT

Ötən il pensiyalar nə qədər artıb?

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mediaya bildirilib ki, pensiyalarda artım dinamikası 2021-ci ildə də davam edib. Keçən il pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, o cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə fondu tərəfindən ötən il də sosial ödənişlərin, o cümlədən, pensiyaların hər ay müvafiq qrafik əsasında vaxtlı-vaxtında ödənişi təmin edilib. Ümumilikdə, 2021-ci ildə pensiya təminatı üzrə əvvəlki ilə nisbətən 118 milyon  manat çox olmaqla, 4 milyard 592 milyon manat vəsait ödənilib. 2019-cu ilin əvvəlindən pensiya təyinatı  avtomatlaşdırılıb. Ötən dövrdə 48,3 min, o cümlədən, 2021-ci ildə 22,6 min pensiya təyinatı elektron sistem üzərindən proaktiv qaydada həyata keçirilib.