MƏDƏNİYYƏT

Tanınmış rejissor Jan Jak Beneks vəfat edib

Tanınmış fransız rejissoru Jan Jak Beneks 75 yaşında vəfat edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Bildirilib ki, rejissor uzun sürən xəstəlikdən sonra Parisdəki evində dünyasını dəyişib.

Jan Jak Beneks 1980-ci illərdə məşhurluq qazanıb. Onun filmlərində Jerar Depardye, Beatris Dal, İv Montan və Rişar Borenje kimi tanınmış fransız aktyorları rol alıb. 1987-ci ildə Beneksin “Səhərlər 37’2” filmi “Ən yaxşı əcnəbi dildə çəkilən film” nominasiyası üzrə “Oskar”, “Çuxurdakı ay” ekran əsəri isə 1983-cü ildə Kann Film Festivalında “Qızıl palma budağı” mükafatlarını qazanıb. Bundan əlavə rejissorun filmləri Fransanın “Sezar” mükafatlarına namizəd olub. 2016-cı ildə Beneks XIX Tokio Beynəlxalq Film Festivalında münsiflər heyətinə sədrlik edib.