DÜNYA

Tonqada ikinci vulkan püskürməsi

Ada ölkəsi Tonqada ikinci dəfə vulkan püskürməsi baş verib. Partlayışdan sonra 1,2 metr hündürlüyündə sunami meydana gəlib, əksər yaşayış məntəqələri su altında qalarkən, yerli əhaliyə ‘Evinizi tərk etməyin’ xəbərdarlığı edilib. Ən azı səkkiz dəqiqə davam edən ikinci partlayış zamanı bir neçə kilometr qaz, kül və tüstü havaya səpələnib. Rayonun bir çox yaşayış məntəqələrini su basıb.

Suva rəsmiləri partlayışın şiddətli olduğunu və Ficidə 800 kilometrdən çox məsafədə “güclü ildırım səsləri” kimi eşidildiyini, sahilyanı ərazilərin sakinlərindən isə daha yüksək yerlərə getməyi xahiş etdiklərini söyləyib.

İQTİDAR.AZ