Bakıda dəhşət: Sərxoş ata özünü və fiziki məhdudiyyətli övladlarını yandırmaq istədi

Bakıda ata özünün və fiziki məhdudiyyətli azyaşlı övladlarının üzərinə benzin tökərək yandırmağa cəhd edib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, evdə bağlı qapı arxasında sərxoş vəziyyətdə olan Qabil Şıxıyev özünün və azyaşlı övladlarının üzərinə benzin tökərək yandırmaq istəyib. Bu zaman evdəki əşyalar yanmağa başlayıb.

Hadisə yerinə gələn Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları intihara cəhdin qarşısını alıblar. Onlar yanacaq dolu olan şüşə qabı Q.Şıxıyevin əlindən alaraq, özünü və uşaqlarını yandırmasına imkan verməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Source link

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı