“Pişik” Güneldən açıqlama: “Deputat adıma söz çıxardır”

Deputat Ağalar Vəliyevin “Pişik” Günel ləqəbi ilə tanınan Günel Ələkbərovaya ev bağışlaması ilə bağlı xəbərlər yayılıb. 

Yenisabah.az xəbər verir ki, müğənni “TikTok” hesabında bununla bağlı danışaraq yayılan məlumatların yanlış olduğunu bildirib:

“Saytlara qalsa, mən milyonçuyam. Belə də əgər mənə ev verilibsə, ünvanı deyin gedim baxım görüm necə evdi?

Bəlkə də 8 Marta mənə sürpriz hazırlayırdılar, jurnalistlər bu sürprizi pozdu.

Hazırda Biləcəridə yerləşən “Kristal Abşeron”da yaşayıram, ancaq bu evi heç kim mənə hədiyyə etməyib, özüm almışam. 24 min manat da borcum qalıb, ipoteka ilə ödəyirəm. O deputat kişi kimdirsə, özünü mənim adımla reklam etmək istəyir. Təzminat davası açacağam, ona aldıracam evi. Özü də iki dənə! Adıma söz çıxardır”.

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı