Salfetlərin içərisində narkotik satıldığını iddia edən şəxs: “Ata-anam məndən üz çevirib” – VİDEO

Sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Saxlanılan şəxs ifadəsində qeyd edib ki, bu hərəkəti etməsinə səbəb ata-anasının ondan üz çevirməsi olub:

“Əslində bu yayılan hadisədə deyilən heç nə olmayıb. Bunları etməyimə səbəb ailəmin, ata-anamın məndən üz çevirməsidir. Mən onların diqqətini cəlb etmək üçün belə bir hərəkət etmişəm”.

Source link

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı