Əzizə nikaha az qalmış italyalı biznesmendən ayrıldı – FOTO

Müğənni Əzizə həyat yoldaşı, italyalı iş adamı Alessandro Lortedən ayrılıb.

Bu barədə sənətçinin dostu, dizayner Anika Kərimova xəbər verib.

Onun sözlərinə görə, 57 yaşlı ulduz nikaha az qalmış ərinə ayrılmaq istədiyini elan edib.

“Allesandro artıq İtaliyaya uçub. Əzizə ona dedi ki, qayıtmasın. Saşa, əlbəttə ki çox üzülür. Onun belə deyəcəyini gözləmirdi. Amma Əzizə hesab edir ki, övladsız ailə tam ola bilməz, o isə uşaq dünyaya gətirə bilmədi”, – deyə Kərimova izah edib.

Kərimova vurğulayıb ki, Əzizə Allessandronun İtaliyada ona övlad bəxş edəcək biri ilə rastlaşacağına əmindir.

“Əzizə Saşanı sevir, amma onu xoşbəxt etmək üçün hislərini qurban verdi. Bu hərəkəti ancaq alqışlamaq olar”, – deyə Kərimova sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, Əzizə yayda evlənmişdi. Nikah isə bu günlərə planlaşdırılmışdı.

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı