Azərbaycanda iqlim dəyişikliklərinə adaptasiya strategiyası tətbiq edilə bilər

Aqrar sahədə müasir dövrün çağırışlarına uyğun dayanıqlı inkişaf mexanizmləri formalaşdırmaq, iqlim dəyişikliklərinə adaptasiya strategiyasını tətbiq etmək əsas vəzifələrdəndir.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə keçirilən dinləmədə kənd təsərrüfatı naziri İnam Kərimov məlumat verib.

O, mövcud olan məhdud torpaq və su resurslarından səmərəli istifadənin aktuallığını xüsusi vurğulayıb.

Nazir Prezident İlham Əliyevin respublikanın prioritet inkişaf sahələrindən biri elan etdiyi aqrar sektorda əldə olunan uğurlu göstəriciləri diqqətə çatdırıb.

Son beş ildə aqrar sahədə məhsul artımının təxminən 25 faiz təşkil etdiyini deyən nazir kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikasının 2021-ci ildə də davam etdiyini, ümumi istehsal həcmində 3,4 faizlik artım qeydə alındığını açıqlayıb. Nazir həmçinin keçən il taxılçılıq, pambıqçılıq və digər önəmli sahələrdə məhsuldarlığa diqqət çəkib, ölkənin kənd təsərrüfatı məhsullarının ixracı, bir çox məhsullar üzrə özünütəminetmədə müsbət dinamikanı göstərən rəqəmləri səsləndirib.

İ.Kərimov ərzaq təhlükəsizliyinin təmini sahəsində Kənd təsərrüfatı Nazirliyinin üzərinə düşən vəzifələrdən, bu istiqamətdə görülən işlərdən danışıb. Aqrar sahədə tətbiq olunan yeniliklərdən, institusional islahatlardan bəhs edən nazir Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılması, texnika və damazlıq heyvan satışı bazarının artıq tam liberallaşması, bazar iqtisadiyyatı tələblərinə uyğun aqrar sığorta sisteminin tətbiqi barədə məlumat verib.

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı