Aynur Dadaşova bacısının ölüm anından danışdı: “Ayaqları soyuqdan göyərmişdi, fenlə isitdim” – VİDEO

ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı müğənni Aynur Dadaşovanın bacısı Günel Dadaşovaya həsr olunub.

Aynur Dadaşova mərhum bacısı Günelin ölüm anından danışıb, göz yaşlarına hakim ola bilməyib:

“Mənə dedi ki, gedək pəncərənin önündə söhbət edək. Sənə sual verim, amma düzgün cavab ver, məni aldatma, çünki hər şeyə baxmışam. Ardınca sualını verdi ki, ölüm necə olur?

Dedim sənin qəbir evindir. Sol tərəfə baxdı. Gözündən yaş süzüldü, amma məndən gizlətdi. Xahiş etdi ki, stolunu qibləyə çevirim. Əyləşdi, günəşin şüası məni vursun dedi. Oktyabr ayı idi, günəş şüası ona vururdu, dedi ki, nə gözəl istidir, gözlərini yumdu. Nə bilərdim ki, səhər sübh vaxtı dünyasını dəyişəcək. Belə halları çox olurdu. Dəyişirdi sonra təkrar düzəlirdi. O heç vaxt adyal ilə yatmazdı, ürəyi çox sıxılırdı. Divanda yatmışdı mən də yanında əyləşmişdim. Qalın yorğana bürünmüşdü. Leylanı çağırıb soruşdum ki, anan həmişə belə yatır? Dedi, yox. Düşündüm ki, bəlkə ona soyuqdur, üşüdür. Ayaqlarına baxanda gördüm ki, soyuqdan göyərib, buz kimi idi. Feni gətirib ayaqlarını isidəndə ayıldı ki, nə edirsən? Dedim, bacı, ayaqların çox soyuqdur. Bəlkə də Allah elə elədi ki, sübh vaxtı rəhmətə getsin. Səhər 5 radələrində azan vaxtı dünyasını dəyişdi”.

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı