Azərbaycan nümayəndə heyəti Paralimpiada üçün Pekinə yola düşdü

Pekində keçiriləcək XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinin paytaxtına yola düşüb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya komandasının missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov heyətdə yer alıb.

Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək. Oyunlar 4-13 mart tarixlərində keçiriləcək.

Azərbaycanı bu yarışda Mehman Rzazadə təmsil edəcək. O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançımızın yarışı martın 9-da baş tutacaq.

Səbuhi Musa

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı