Belçikada nüvə müharibəsi qorxusu ilə apteklərdə kütləvi şəkildə yod həbləri paylandı

Rusiya-Ukrayna müharibəsi və Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığındakı münaqişələrlə bağlı narahatlıqlar səbəbilə dünən Belçikada apteklərdə 32 483 yod tableti əhaliyə pulsuz paylanıb. Bu barədə Belçika KİV yazır.

Çox adam apteklərə getdikdən sonra Federal Nüvə Nəzarəti Agentliyi açıqlama verərək, Ukraynada vəziyyətin yod həblərinin qəbulunu tələb edəcək səviyyədə olmadığını bəyan edib.

Qurumun açıqlamasında xəbərdarlıq edilib ki, “Yod həblərini apteklərdən pulsuz əldə etmək olar, lakin hazırki mərhələdə buna ehtiyac yoxdur. Yod həbləri yalnız səlahiyyətli qurumların tövsiyəsi ilə qəbul edilməlidir”.

Hökumət sonuncu dəfə 2018-ci ildə Belçikada nüvə risklərinə qarşı məlumat kampaniyasına başlamışdı, bu qədər yod həbləri apteklərdən əhaliyə paylanmışdı.

Keçən həftə Ukraynada münaqişənin Çernobıl Atom Elektrik Stansiyasının ətrafına çatmasından sonra yod həblərinə tələbat yenidən artıb.

Nüvə qəzası və ya partlayış zamanı radioaktiv yod havaya buraxıla bilər və çirklənmiş hava qəbul edildiyində, qida və içki vasitəsilə udulduğunda radioaktiv yod qalxanabənzər vəzdə yerləşə bilər. Yod tabletləri yalnız səlahiyyətli orqanların məsləhəti ilə istifadə edilməlidir.

Mənbə: Anadolu

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı