Rusiya güləşçiləri Avropa çempionatından çəkildilər: Azərbaycanın üç idmançısı qızıl medala iddialıdır

7-13 mart tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək 23 yaşadək (U-23) güləşçilərin Avropa çempionatında iştirak edəcək azərbaycanlı idmançıların sayı və kimliyi müəyyənləşib.

Oxu.Az-ın xəbərinə görə, 22 güləşçi (9 sərbəst, 7 yunan-Roma və 6 qadın güləşçisi) bu yarışda Azərbaycanı təmsil edəcək.

Sərbəst güləş

Tofiq Əliyev (57 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Əbdülcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq), Aydın Əhmədov (125 kq)

Yunan-Roma güləşi

Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Adəm Hacızadə (72 kq), Xasay Həsənli (77 kq), İntiqam Vəlizadə (82 kq), Laçın Vəliyev (87 kq), Sərxan Məmmədov (130 kq)

Qadın güləşi

Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq), Nigar Mirzəzadə (68 kq)

Qeyd edək ki, sərbəst güləşçilərin yarışında böyüklərin dünya çempionatının 2 mükafatçısı və 2 U-23 dünya çempionu mübarizə aparacaq. Azərbaycanlı sərbəst güləşçilərdən gənclər və U-23-lər arasında Avropa çempionu olmuş, Dağıstan əsilli idmançımız Cəbrayıl Hacıyev əsas favoritlərdən sayılır. Həmçinin dünya üçüncüsü Əbubəkr Abakarov 86 kq-da favorit göstərilir. Gənclər arasında dünya ikincisi və üçüncüsü Zirəddin Bayramov isə 65 kq-da favoritlərdəndir.

Onu da bildirək ki, bu yarışda əsas favoritlərdən olan rusiyalı güləşçilər mübarizə aparmayacaq. Bu barədə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili deyib. Onun sözlərinə görə, onları bu yarışdan heç kim məhrum etməyib, sadəcə, onlar çox bir amillərə görə belə qərar qəbul ediblər.

Səbuhi Musa

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı