Xersonun meri: “Şəhər ərazisində yüzlərlə cəsəd qalıb”

“Ukraynanın Xerson şəhərini ələ keçirən Rusiya ordusu hazırda çayın limanını və dəmiryol vağzalını nəzarətə götürüb. Dünən gecə şəhərdə sakitlik olub, yalnız tək-tək atışma səsləri eşidilib”.

Bu barədə Xerson şəhərinin meri İqor Kolıxayev məlumat verib.

İ.Kolıxayev həmçinin Ukrayna prezidentindən şəhər ərazisində qalan yüzlərlə cəsədin çıxarılması üçün “yaşıl dəhliz” təşkil edilməsini xahiş edib.

Şəhərin meri həmçinin əlavə edib ki, onların sərəncamında olan anbarlar şəhərdən kənarda yerləşdiyindən Xersona ərzaq gətirməyə ehtiyac var.

Mənbə: Unian.net

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı