ABŞ Konqresi Ukraynaya yardım üçün 13,6 milyard dollar ayrılması barədə razılığa gəlib

ABŞ konqresmenləri 2022-ci maliyyə ilində Ukraynaya 13,6 milyard dollar yardım ayırmaq barədə razılığa gəliblər.

“Bu ikitərəfli razılaşma COVID-19-danUkraynaya qarşı qəddar və əxlaqsız hücuma, zəhmətkeş Amerika ailələri üçün xərclərin azaldılması ehtiyacına qədər daxildə və xaricdə qarşılaşdığımız bir çox əsas problemləri həll etməyə kömək edəcək”.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatda çoxluğun lideri Çak Şumerin birgə bəyanatında deyilir.

Razılaşmaya həmçinin ABŞ infrastrukturunu “Rusiya və digər müdaxilələrdən” kiberhücumlardan qorumaq üçün vəsaitin ayrılması da daxildir.

Mənbə: TASS

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı