Kanadanın baş naziri: “Ukraynaya yeni silahlar göndəriləcək” – FOTO

Kanadanın baş naziri Castin Trüdo Ukraynaya yüksək keyfiyyətli silahların yeni partiyasının çatdırılacağını açıqlayıb.

C.Trüdo bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra öz “Twitter” səhifəsində məlumat verib.

“Biz həmçinin Rusiyaya qarşı sanksiyaları və Ukraynaya çatdırılacaq humanitar yardımı müzakirə etdik”, – deyə Kanadanın baş naziri qeyd edib.

Castin Trüdo Volodimir Zelenskini Kanada parlamenti qarşısında çıxış etməyə dəvət edib.

“Kanadalılar ukraynalıların cəsarətindən və əzmindən, həmçinin prezidentin göstərdiyi liderlikdən ilhamlanaraq onun şəxsi fikirlərini eşitmək istəyirlər”, – deyə Castin Trüdo qeyd edib.

Mənbə: Castin Trüdonun “Twitter” səhifəsi

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı