Qəbələdə dəhşətli şəkildə qətlə yetirilən Aytacın ərinin sevgilisi HƏBS EDİLDİ

Məhkəmə Qəbələdə qadının qətlinə görə tutulan şəxlə bağlı qərar çıxarıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qəbələ rayonu ərazisində Aytac Əliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Rüfanə Nəbiyeva Cinayət Məcəlləsinin 29, 144.2.3 (adam oğurluğuna cəhd – bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) 29, 144.2.4 (adam oğurluğuna cəhd – zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, istintaqla 1993-cü il təvəllüdlü Rüfanə Nəbiyevanın Aytac Əliyevanın əri ilə 6 ilə yaxın münasibətdə olduğu müəyyən edilib.

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı