Ukraynada yaşayan azərbaycanlı gənc Ukrayna ordusuna ət yardımı edib – VİDEO

Ukraynada yaşayan azərbaycanlı gənclər Ukrayna ordusu və özünümüdafiə qüvvələrinə yardım məqsədilə ət paylayıb. 

Oxu.Az xəbər verir ki, təşəbbüs “Birlik” Odessa azərbaycanlıları diaspora təşkilatının gənclər qolunun sədri Şamxal Quliyev tərəfindən həyata keçirilib.

Belə ki, azərbaycanlı gənc ailəsinin və özünün şəxsi təşəbbüsü ilə Ukrayna ordusu və özünümüdafiə qüvvələrinə 500 kiloqrama yaxın ət yardımı edib. Soydaşımız uzun illərdir yaşadığı Ukraynanın müdafiəsinə qalxan hərbçilərə təşəkkür edərək, öz dəstəyini bu şəkildə ifadə edib.

Könül Cəfərli

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı