Avropa Liqası və Konfrans Liqası: “Qalatasaray” “Barselona”ya, “Bazel” “Marsel”ə qarşı – AFİŞA

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin daha beş ilk oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, İspaniyada “Sevilya” və “Vest Hem” arasında keçiriləcək görüş ən maraqlı cüt hesab olunur. Ancaq ölkəmizdə Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray”ın İspaniyada “Barselona” ilə görüşü daha maraqla gözlənilir.

Moskva “Spartak”ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar turnirdən kənarlaşdırıldığı üçün Almaniyanın “Leypsiq” klubu 1/4 finala birbaşa vəsiqə qazanıb.

Xatırladaq ki, ilk oyun günündə “Lion” (Fransa) Portuqaliyada “Portu”nu 1:0, “Ayntraxt” (Almaniya) isə İspaniyada “Betis”i 2:1 hesabı ilə məğlub edib.

Avropa Liqası

1/8 final mərhələsi (ilk oyunlar)

10 mart

21:45 “Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)

00:00 “Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)

00:00 “Braqa” (Portuqaliya) – “Monako” (Fransa)

00:00 “Atalanta” (İtaliya) – “Bayer” (Almaniya)

00:00 “Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə).

Bu gün həmçinin Avropa Konfrans Liqasında 1/8 final mərhələsinə start veriləcək. Bütün oyunlar eyni gündə keçiriləcək. Bu mərhələnin diqqət çəkən matçlarından biri pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel”lə “köhlən atlar”la eyni qrupda yer almış “Bazel” arasında olacaq.

Avropa Konfrans Liqası

1/8 final (ilk oyunlar)

10 mart

21:45 PAOK (Yunanıstan) – “Qent” (Belçika)

21:45 “Slaviya” (Çexiya) – LASK (Avstriya)

21:45 “Vitess” (Niderland) – “Roma” (İtaliya)

21:45 “Partizan” (Serbiya) – “Feyenoord” (Niderland)

00:00 “Marsel” (Fransa) – “Bazel” (İsveçrə)

00:00 “Lester” (İngiltərə) – “Renn” (Fransa)

00:00 PSV (Niderland) – “Kopenhagen” (Danimarka)

00:00 “Budö/Qlimt” (Norveç) – “AZ Alkmaar” (Niderland).

Qeyd edək ki, hər iki turnirdə cavab qarşılaşmaları martın 17-də keçiriləcək.

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı