Bakıda “Formula-1” yarışını izləmək üçün bilet alan ilk şəxs Türkiyə vətəndaşı oldu

Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinə ilk bileti Türkiyə vətəndaşı alıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Oxu.Az-a verilən məlumata görə, fevralın 22-dən satışa çıxarılmış biletləri daha çox Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları əldə edib.

Həmçinin, İspaniya, Niderland, Danimarka, Fransa, Norveç və s. ölkələrin azarkeşləri çoxluq təşkil edir. Tamaşaçılar daha çox tribuna (“grandstand”) zonasına maraq göstərir.

Biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90-160 manat, üçgünlük tribuna biletləri 280-970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190-690 manatadır.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək.

Xatırladaq ki, ötən il COVID-19 pandemiyası səbəbindən yarış tamaşaçısız keçirilib.

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı