“Canlı” kuklalar, sehirli aləm, ağır əziyyətin xoş bəhrəsi – FOTOREPORTAJ

Kukla Teatrı uşaqların sevimli məkanı adlandırılsa da, əslində buraya gələn hər kəs onun sehrində özünü bir neçə saatlıq başqa aləmdə hiss edir.

Burada kuklalar “canlanır” və müxtəlif nağıl qəhrəmanlarına “həyat verilir”. İlk baxışdan insana sadə gələn iş, əslində, çətin və zəhmət tələb edən sənətdir. Sehirli əl işlərinin hərəkətləri onlarla ip vasitəsi ilə həyata keçirilir. Bunu isə yalnız işini peşəkar bilənlər bacarır.

Bir kuklanın hazırlanmasında bəlkə də onlarla insanın əziyyəti var. Hər bir kuklaya rəssamın, heykəltəraşın, dərzinin nəfəsi dəyir. Onlar isə bu əziyyətlərinin qarşılığını həmin kuklaları izləməyə gələn kiçik tamaşaçıların qəhqəhələrindən alırlar. “Şəngülüm, Məngülüm”, “Göyçək Fatma”, “Çəkməli pişiy”i səhnədə görən balacaların həyəcanı səhnə arxası qəhrəmanların işinə olan sevgisini birə-min artırır.

Qeyd etmək lazımdır ki, tamaşaları balacalara sevdirmək üçün sənətinin vurğunu olmaq lazımdır. Hər dəfə eyni emosiyalarla onları güldürmək, sevindirmək, həyəcanlandırmaq bu sənətin vurğu nöqtəsidir.

“Global Photo Stock”un əməkdaşı 10 mart – Milli Teatr Günü münasibəti ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında olub və buradan fotoreportaj hazırlayıb.

Həmin fotoları təqdim edirik:

FOTO: Tapdıq Abdullayev

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı