İsmayıllıda qaydaları pozan 29 sürücü və piyada cərimələnib – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərin, eləcə də müəyyən edilməyən yerlərdən yolu keçən piyadaların müəyyən olunması məqsədilə şəhər ərazisində reyd keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən reyd zamanı  təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər saxlanılıb. Hərəkətdə olan nəqliyyat vasitəsindəki şəxslərin təhlükəsizlik kəmərindən istifadə etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. 

Həmçinin, avtomobil yollarının müəyyən edilməyən hissəsindən keçən piyadalar da yol polisi əməkdaşları tərəfindən aşkarlanıb.  Bu kimi halların onların, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəyə səbəb olduğu izah edilib.

Keçirilən tədbirlər zamanı ümumilikdə 29 sürücü və piyada barəsində inzibati tənbeh tədbirləri görülüb.

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı