ÜST: “Pandemiya bitməkdən çox uzaqdır”

 

Qlobal koronavirus pandemiyası heç də bitmək üzrə deyil.

Bunu çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

“COVID-19 pandemiyası bitməkdən çox uzaqdır və hər yerdə bitənə qədər heç yerdə bitməyəcək”, – deyə o, bəyan edib.

Təşkilat sədri virusun təkamülə davam etdiyini vurğulayıb.

ÜST rəhbəri xatırladıb ki, pandemiyanın başlanğıcından indiyədək 6 milyondan çox insan koronavirus səbəbindən dünyasını dəyişib.

Mənbə: TASS

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı