Bayden administrasiyasından Ermənistana zərbə – ŞƏRH

Dünya erməniliyinin mədəsinə uyğun olmayan iştahasını küsdürən daha bir addım səsləri okeanın o tayından – ABŞ-dan gəlir.

ABŞ Prezidenti Co Bayden administrasiyası Ağ Evin 2023-cü il maliyyə büdcəsinə verdiyi təklifdə Ermənistana 24 milyon dollar ayırmaq niyyəti ifadə edilir.

Bu isə, 2022-ci ilin müvafiq büdcəsində Ermənistan üçün nəzərdə tutulan məbləğdən nə az, nə çox, düz 21 milyon dollar azdır.

Məbləğin azlığından şikayətlənən Amerika Erməni Milli Komitəsi (ANCA) məyusluğunu xəbər lentlərinə ötürür – həm dilənçilik, həm də həyasızlıqla.

ANCA Ermənistanın Cənubi Qafqazda ölü cana çevrilməsi üzərindən vəsait qoparmağa çalışmaqla həm İrəvanı, həm də özünü dirçəltmək niyyətlərini güdür. Axı Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ABŞ-dakı erməni lobbisinin də yuxularını qarışdırıb və onlar nüfuzdan düşən bir quruluşa çevrilirlər. Cırılmış nüfuza yamaq vurmaq cəhdləri isə əbəsdir, çünki dünya ictimaiyyəti yalanlardan təngə gəlib.

ABŞ 2023-cü il maliyyə büdcəsində Azərbaycana 9,7 milyon dollar ayırmağı planlaşdırır, amma Qarabağda minalardan təmizləmə və digər humanitar layihələrə vəsait nəzərdə tutulmur. Hərçənd ki, ABŞ 2022-ci il maliyyə büdcəsində Qarabağın minalardan təmizlənməsi üçün 2 milyon dollar ayırmağı qərar vermişdi.

Bura Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü bölmə (potensialın gücləndirilməsi) çərçivəsində aldığı əlavə vəsaitlər də daxil deyil.

Qeyd edək ki, Hökumət Hesabatlılığı İdarəsinin (GAO) mart ayında açıqladığı sənədə əsasən, Azərbaycan 333-cü Bölmə çərçivəsində ABŞ-dan 164 milyon dollardan çox yardım alıb.

ABŞ-dakı erməni lobbisi Konqresdəki təsir qruplarına ümid bəsləyir ki, Ermənistana ayrılan yardımın həcmi kəskin artırılsın.

Aqşin Kərimov

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı