Ocaqlı keçəlləşmənin müalicəsi tapıldı

Amerikalı alimlər müəyyən ediblər ki, revmatoid artrit üçün nəzərəd tutulan dərman ocaqlı keçəlləşmənin qarşısını almağa kömək edir.

Yel Universiteti əməkdaşlarının tətqiqatı “The New England Journal of Medicine”-də dərc olunan məqalədə təsvir edilib.

Araşdırma zamanı məlum olub ki, revmatoid artrit oynaqların autoimmün xəstəliyi olsa da, bu zaman xəstələrə yazılan “Barisitinib” adlı dərman ocaqlı keçəlləşməyə qarşı effektlidir.

Müvafiq sınaqlar saçlarının 50%-dən çoxunu itirmiş könüllülər üzərində aparılıb. 36 həftə ərzində gündəlik 4 mkq dərman qəbul edən iştirakçıların 35%-də saç tökülməsi indeksi 20%-ə və ya daha aşağıya, bir çoxunda isə 10%-dən aşağıya düşüb.

Mənbə: mir24.tv

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı