Şəhriyar Məmmədyarovun Qran-pridən qazandığı gəlir bəlli oldu

Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə FIDE Qran-prisinın III mərhələsində bu gün yarımfinal qarşılaşmaları keçiriləcək.

Oxu.Az xəbər verir ki, B qrupunu ilk sırada başa vurmuş azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.

Digər yarımfinal görüşü iranlı Amin Tabatabayi ilə ABŞ-ın digər şahmatçısı Vesli So arasında olacaq. Görüşlər Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Əsasnaməyə görə, yarımfinal mərhələsi iki oyundan (30 mart – 1 aprel) ibarətdir, hesab bərabər olarsa, buna tay-breykdə əlavə olunacaq.

Hər mərhələdə qazanılan qələbələr şahmatçılara ümumi üç mərhələnin cəminə görə xallar qazandırır. Hazırkı durumda Şəhriyar Məmmədyarov 10 xalla 7-ci sıradadır. Rixard Rapport (Macarıstan) və Hikaru Nakamura (ABŞ) 20 xalla ilk iki sıranı bölüşdürür. Şahmatçımızın dünya çempionluğuna Namizədlər Turnirinə vəsiqə qazanması üçün ilk iki sıranı tutması lazımdır.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 min avrodur. Hazırkı durumda Şəhriyar Məmmədyarov 20 min avro gəlir əldə edib.

Səbuhi Musa

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı