Azarkeş İngiltərə futbolçusunu təhqir etdiyinə görə həbs edildi

Məhkəmə “Mançester Yunayted” və İngiltərə millisinin futbolçusu Markus Reşfordu təhqir etdiyinə görə 19 yaşlı tərəfdar Castin Li Praysa 6 həftə həbs cəzası verib.

Prays “Twitter”də istifadəçi adını dəyişdirərək kimliyini gizlətməyə çalışıb.

Həbs edildikdən sonra o, ittihamları rədd etsə də, sonradan günahını etiraf edib.

Polisdən bildirilib ki, azarkeş Avropa çempionatının final matçının nəticələrinə görə irqçi təhqirlərdə günahkar bilinib.

Qeyd edək ki, İngiltərə 2020-ci il Avropa çempionatının finalında İtaliyaya penaltilər seriyasında 2:3 hesabı ilə uduzub. Üç yanlış zərbəni məhz ingilislərin qaradərili futbolçuları Raşford, Bukayo Saka və Ceydon Sanço edib.

Mənbə: lenta.ru

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı