Heydər Rezayi: “Tehran nəqliyyat dəhlizi üzərində işləməkdə qərarlıdır” – MÜSAHİBƏ

“Hazırkı proseslər göstərir ki, Azərbaycanla İran arasında münasibətlər yeni təkan alıb”.

Bu sözləri İİR Şərqi Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Heydər Rezayi İran-Azərbaycan münasibətlərini Oxu.Az-a şərh edərkən qeyd edib.

O, Azərbaycandan Naxçıvana İran ərazisindən keçməklə nəqliyyat əlaqələrinin açılması ilə bağlı iki tərəf arasında imzalanan memorandumla əlaqədar İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin artıq Culfadakı sərhəd terminalı və dəmir yolu vağzalında olduğunu xatırladıb.

“Bu, İran tərəfinin bu istiqamətdə işləməkdə ciddi əzmindən xəbər verir”, – deyə müsahib vurğulayıb.

Ekspert hesab edir ki, bu, iki ölkənin qarşılıqlı faydalı maraqlarına xidmət etməklə yanaşı, iki qonşu ölkə arasında geosiyasi əlaqələrin möhkəmlənməsinə də xidmət edəcək.

“Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Qasemi ilə görüşündə ölkələrimizin bütün sahələrdə əməkdaşlıq etdiyini vurğulayıb. Yeni nəqliyyat marşrutu isə regionda yeni imkanlar açır”, – deyə o, əlavə edib.

H.Rezayi Ermənistanın bu layihənin ləngitmə səbəbləri barədə də düşüncələrini bölüşüb. Onun fikrincə buna səbəb Ermənistanın bu məsələnin geosiyasi aspektlərini iqtisadi maraqlardan daha vacib hesab etməsidir.

“Hesab edirəm ki, iki ölkənin uzunmüddətli milli maraqlarını nəzərə almaqla, Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsi üçün zamana və ardıcıl addımların atılmasına ehtiyac var. Həmçinin qonşu dövlətlər də gərginliyin azaldılması, sabitliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün daha çox səy göstərməlidirlər”, – deyə İİR Şərqi Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı bildirib.

Nair Əliyev

Mənbə linki…

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı