Çin XİN İranı tam dəstəklədiyini açıqlayıb

Çin hökuməti ciddi sınaqlar dövrü yaşayan İranı tam dəstəkləyir.

Bu barədə Çinin xarici işlər naziri Vanq Yi BRİKS Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Nijni Novqorodda İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani ilə görüşündə bildirib.

“İndiki mərhələdə İran xalqı ciddi sınaqlardan keçir… Ölkənizin hərtərəfli strateji tərəfdaşı olan Çin İran hökumətini və xalqını dəstəkləyir”, – Vanq Yi deyib.

Çinin XİN başçısı rəsmi Pekinin İranın müstəqilliyini, suverenliyini, sabitliyini və inkişafını dəstəklədiyini vurğulayıb.

“İranda prezident seçkilərinin rahat keçməsini arzu edirəm”, – o söyləyib.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı