Komitə “Binə” və “Sədərəy”dən icarəhaqqı istədi – Məhkəmə razılaşmadı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Binə” və “Sədərək” Ticarət Mərkəzinin icarədarını məhkəməyə verib.

Dövlət Komitəsi bu barədə iddia ərizəsi ilə əvvəlcə Bakı Kommersiya Məhkməməsinə müraciət edib.

Komitə iddia edib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 250 000 kvadratmetr ərazi onlarla icarə müqaviləsi bağlanılmadan istifadə edilir.

Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müraciət olunsa da, torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilib.

İddiaçı Dövlət Komitəsi “Sədərək” və “Binə” Ticarət Mərkəzinin onlarla icarə müqaviləsi bağlamaları haqda qərar qəbul edilməsini, icarahaqqının isə bu məsələ ilə bağlı məhkəməyə müraciət edildiyi gündən hesablanmasını xahiş edib.

Qarşı tərəf isə iddia ilə razılaşmır. Cavabdeh etirazını belə əsaslandırır ki, Bakı Şəhər İcra Hakimiyyəti 2007-ci ildə 60 hektar boş torpaq sahəsini 49 il müddətinə onların icarəsinə verib. Bu gün artıq həmin boş torpaq üzərində tikili inşa edilib. Hazırkı vaxta kimi də BŞİH-nə icarəhaqqı ödənilir. Cavabdeh hesab edir ki, sonradan qanun dəyişsə belə, bu, onların müqaviləsinə təsir edə bilməz.

Məhkəmə tərəflərin çıxışlarını dinlədikdən sonra belə qənaətə gəlib ki, Dövlət Komitəsi tərəfindən verilmiş iddia tələbi təmin edilə bilməz. Qərarda qeyd edilib ki, müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə yol verilmir.

Eyni qərar Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılıb.(“Qafqazinfo”)



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı