Makron istefa verə bilər

 Emmanuel Makron partiyasının Avropa Parlamenti seçkilərindəki uğursuzluğu fonunda Fransa prezidenti postundan istefa verə bilər.

Bu barədə “Europe 1” Makrona yaxın mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Fransa prezidenti və onun ətrafı bu variantı ciddi şəkildə müzakirə edir ki, öz partiyasının seçkilərdə şanslarını “dramatizasiya” yolu ilə artırsın və “cəsarətli qərar qəbul etdiyini göstərsin”.

“Prezidentin istefası tabu deyil, bu gün biz bütün ssenariləri təmin etməliyik”, – prezidentə yaxın adamlardan biri deyir.

İstefa versə, Makron ikinci müddəti olduğu üçün yenidən prezidentliyə namizəd ola bilməyəcək. Prezidentə yaxın mənbələrə görə, istefa “ən yaxşı seçim deyil”.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı