Bayram günlərində hava necə olacaq?

Qarşıdan gələn bayram günlərində Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O bildirib ki, bu günlər ərzində dolu düşəcəyi, çaylarda sululuğun artacağı da ehtimal edilir.

“Bu səbəbdən tətil günlərində bölgələrə səfər edən vətəndaşlara tövsiyə edirik ki, hava məlumatlarını və hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləsinlər və səyahət planlarını hava proqnozlarına uyğun qursunlar. Xüsusilə magistral avtomobil yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etməl etsinlər”, – deyə Xidmətinin rəisi qeyd edib.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı