“Bloomberg”: Fransadakı böhran Avropa İttifaqını çökdürə bilər

Fransadakı siyasi böhran Avropa İttifaqı üçün Böyük Britaniyanın “Brexit”indən daha böyük təhlükə yarada bilər.

“Bloomberg” agentliyində işıq üzü görən bu fikir Avropa rəsmilərinə istinadən dərc edilib.

Avropalı siyasi texnoloqlar iddia ediblər ki, Fransada baş verən hadisələr Aİ-nin təməllərinə zərbə vura bilər. Ona görə də bu mövzu indi Brüsseldə əsas müzakirə predmetidir.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makronun partiyası Avropa Parlamentində keçirilən son seçkidə ifrat sağcı namizədlərə sarsıdıcı məğlubiyyətindən sonra bazar günü parlamenti buraxıb. Fransada parlament seçkisinin ilk turu iyunun 30-da keçiriləcək.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı