Daşkəsəni Əhəd Abıyev sürücüsünün əli ilə ədarə edir – İLGİNC FAKT

Namiq Süleymanov ayda bir neçə dəfə Əhəd Abıyevlə görüşərək ondan göstərişlər aldığı iddia olunur…

Bir ilə yaxındır icra başçısız qalan Daşkəsən rayonu ilə bağlı xəbər var. AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, Prezidentin 17 iyul 2023-cü ildə Daşkəsən icra başçısı vəzifəsindən çıxartdığı Əhəd Abıyev hələdə bu rayonda “kölgə” icra başçısı rolunu oynayır.

Əhəd Abıyevə bu məsələdə yardımı isə hazırda Daşkəsən rayon İcra Hakimiyyətində başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışan Namiq Süleymanovun etdiyi bildirilir.

Daşkəsəndəki mənbəmiz bildirir ki, hazırda Daşkəsəni Əhəd Abıyevin göstəriş və məsləhəti ilə Namiq Süleymanov idarə edir. Namiq Süleymanovun ayda bir neçə dəfə Əhəd Abıyevlə görüşərək ondan göstəriş və təlimatlar aldığı deyilir.

Məlumatda qeyd edilir ki, Əhəd Abıyev bütün əlaqələrini işə salaraq Namiq Süleymanovun Daşkəsən rayon icra başçısı olmasına çalışsada, hələki bu istəyi reallaşmır.

Qeyd edək ki, Namiq Süleymanov Əhəd Abıyev deputat olanda onun sürücüsü, daha sonra köməkçisi və icra başçısı işlədiyi dövrdə isə müavini vəzifəsinə yüksəlib. Onun diplomunun da saxta olması ilə bağlı iddialar var.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı