Körpə Onurun üzərinə qaynar su tökülüb: Müalicə üçün dəstəyə ehtiyacı var

Bir yaşlı körpə Onurun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Mehri Əzizova məlumat verib.

O bildirib ki, övladı aprelin 12-də ehtiyatsızlıq səbəbindən yanıb.

“Onurun bir yaşı var. Aprelin 12-də evdə qaz plitəsi ilə oynayarkən üzərinə içi qaynar su dolu çaydanı aşırıb. Hadisə baş verən kimi biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Övladım bir müddət orada müalicə aldı və dəriköçürmə əməliyyatı keçirdi”.

Mehri Əzizova övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

“Onur dəriköçürmə əməliyyatı olunub. Onurun dərisinin tutması üçün müalicəyə ehtiyacımız var. Dərmanlar və mazları almaq üçün 450 manata ehtiyacımız var. Dərmanlarını və mazlarını istifadə etmədiyimiz zaman onun yaraları suluqlayır, ağrıları artır. Yardımsevər şəxslərdən Onura dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 520-21-53.

Kapital Bank: 4169 7388 3418 3968.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı