Qəbələdə ağır avtoqəzaya düşən turistlərin son durumu açıqlandı: Birini helikopterlə təxliyə ediblər

İyunun 15-də Qəbələ Dəmiryol Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb.

Oxu.Az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətləri birgə məlumat yayıblar.

Qeyd olunub ki, hadisə nəticəsində ölüm faktı qeydə alınıb.

Qəbələdə ağır avtoqəzaya düşən turistlərin son durumu açıqlandı: Birini helikopterlə təxliyə ediblər


Qəbələdə ağır avtoqəzaya düşən turistlərin son durumu açıqlandı: Birini helikopterlə təxliyə ediblər


“İyunun 15-i saat 18:30-da Qəbələ Dəmiryol Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş (hər biri qadın cinsli) xarici vətəndaş xəsarət alıb. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb.

Digər dörd nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxsə açıq kəllə-beyin travması, beyindaxili qansızma, subtural hematoma, soltərəfli pnevmohemotoraks, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kritik-ağır olaraq qiymətləndirilir.

1968-ci il təvəllüdlü şəxsə sağ dirsək və sol diz nahiyələrinin sıyrıqları, 1998-ci il təvəllüdlü şəxsə sol çiyin qurşağının əzilməsi, sol alın dərialtı hematoma, 2002-ci il təvəllüdlü şəxsə isə sol alın nahiyəsinin səthi travması diaqnozu təyin olunub, vəziyyətləri orta-kafi olaraq qiymətləndirilən şəxslərin hər birinə Təcili tibbi yardım şöbəsində zəruri instrumental-diaqnostik müayinələr təyin olunub və tibbi xidmətlər göstərilib. Artıq ambulator müalicə üçün evə buraxılıblar.

Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in birgə səyi nəticəsində iki həkim, bir tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, iki təcili tibbi yardım və bir yerli həkim briqadasının nəzarəti altında 16.06.2024-cü il tarixində saat 11 radələrində Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib. Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin hemodinamik göstəricilərini nəzarətdə saxlayıb”.

Əzizə İsmayılova



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı