Ana köməyə çağırır: “Qızım dözülməz qıcolmalardan əziyyət çəkir”

11 yaşlı Dəniz Rəhimli ağır serebral iflic və dözülməz qıcolmalardan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Ülkanə Rəhimova məlumat verib.

O bildirib ki, Dənizin səhhətində problemlər doğulandan başlayıb və bu günə kimi o yeriyə, danışa bilmir.

“Hələ beşaylıq olarkən çox zəif göründüyü diqqətimizi çəkməyə başladı. Çox həkimə getdik, amma heç kim bizə kömək edə bilmədi. Bir yaşından başlayaraq Dənizi bir neçə dəfə müayinə və konsultasiya üçün Türkiyəyə apardıq, diaqnozunu orada öyrəndik. Bu səfərlər üçün əlimizdə olan hər şeyi satmalı olduq. Xoşbəxtlikdən, müalicə qıcolmaları azaltmağa kömək etdi və serebral ifliclə mübarizədə işə yaradı: qızım sərbəst şəkildə oturmağa, addımlar atmağa başladı”.

Ülkanə Rəhimova övladının müalicəsi üçün hazırda yardıma ehtiyacları olduğunu deyib:

“Dənizin müalicəsi çox bahalıdır. Bu mərhələdə müalicəni davam etdirməyə 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə kömək olmağı xahiş edirəm. Dəniz gün ərzində dörd-beş dəfə qıc olur. Övladını belə görmək ana üçün çox ağırdır. Yeganə istəyimiz bu kabusun bitməsidir”.

Ana köməyə çağırır: “Qızım dözülməz qıcolmalardan əziyyət çəkir”


Ana köməyə çağırır: “Qızım dözülməz qıcolmalardan əziyyət çəkir”


Ailə ilə əlaqə: (051) 951-80-29.

“Kapital Bank”: 4169 7388 4362 1297.



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı