Əkin sahələrimizə çəyirtkə hücumu təhlükəsi varmı? – RƏSMİ AÇIQLAMA

Ermənistanın şərq rayonlarını çəyirtkə basması ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Sözügedən ölkənin iqtisadiyyat naziri də keçirdiyi mətbuat konfransında bu çəyirtkələrin həmişəkindən daha böyük olduğunu qeyd edib.

Yayılan videogörüntülər sual yaradır: görəsən, hazırda Azərbaycanda vəziyyət necədir? Əkin sahələrimizin çəyirtkə hücumuna məruz qalması ilə bağlı hər hansı təhlükə gözlənilirmi?

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanladıq.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, hazırda bizdə belə bir təhlükə yoxdur.

“Çünki hər hansı bir təhlükə gözləniləndə bizim öncədən məlumatımız olur. Belə təhlükə, adətən, may ayının axırları, iyunun əvvəllərində ola bilir. O dövr də keçdiyi üçün bu məsələ ilə bağlı heç bir narahatlıq yoxdur”.

Məlumatda vurğulanıb ki, bu yaxınlarda Gədəbəy rayonunun biçənək sahələrində çəyirtkəkimilərin yayılması ilə bağlı mütəxəssislər tərəfindən Mormor kəndinin biçənəklərində 40 hektar əraziyə baxış keçirilib:

“Yayılan zərərvericinin yerli şala növü olduğu müəyyən edilib. Aşkar edilən şalaların sürü əmələ gətirən xüsusi təhlükəli zərərli orqanizm olmadığı barədə məlumat verilib. Lakin populyasiya sıxlığı həddindən artıq olduğundan Aqrar Xidmətlər Agentliyi tərəfindən müvafiq dərman vasitələri ilə təmin edilən mobil mühafizə dəstələri ilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Hazırda ölkə ərazisində çəyirtkəkimilərə qarşı fitosanitar müşahidə və kimyəvi mübarizə tədbirləri davam etdirilir”.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) də Oxu.Az-ın sorğusuna cavab olaraq, hazırda belə bir təhlükənin olmadığı diqqətə çatdırılıb.

Əzizə İsmayılova



Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı