Qərbi Azərbaycan Xronikası: “İrəvanda qazıntı işləri ermənilərdə qorxu yaradır, türk izləri çıxır”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Erməni mütəxəssis: İrəvanı qazmayın, altdan Türk izləri çıxacaq” adlı süjet hazırlanıb.

Verilişdə qədim türk şəhəri İrəvanın işğalı ilə ermənilər onun tarixini və mədəni irsini necə dağıtmasından bəhs olunub.

Bildirilib ki, ermənilər qala divarlarından başlamış, xan sarayı, iqamətgahı, zadəganların imarətləri, məscid, karvansara, bir sözlə, Azərbaycan memarlığını, mədəniyyətini, yaşam tarixini, irsini xatırladan nə varsa onu xüsusi qəddarlıq, vandalizmlə dağıdıblar: “Bu tikililər müasir İrəvanda yoxdur, amma onların özü qədər əhəmiyyətli zirzəmiləri şəhərin altındadır. Burada, yerin altında böyük Azərbaycan mədəniyyətinin izləri, irsi yerləşir. Ən əsas yerlərdən biri də Respublika meydanıdır, burada olan bütün tikililəri yerlə-yeksan edib, meydan saldılar. Yerin altında olan Azərbaycan sərvəti bu gün də alimləri, araşdırmaçıları maraqlandırır. Amma qazıntı aparmağa, üzə çıxarmağa cəsarət etmirlər”.

Qeyd olunub ki, keçmişi gündəmə gətirməklə Ermənistan dövləti dağıtdığı qədim Azərbaycan sivilizasiyasını, onun incilərini dünyaya nə vaxtsa göstərməli olacaq: “100 il öncə, 1924-cü ildə şəhərsalma adı ilə törətdikləri vandalizm aktını, dağıdıcılıqlarını da etiraf etməlidirlər. Amma bu xüsusiyyəti beyni zəhərlənmiş ermənilərdən gözləmək sadəlövhlükdür. İrəvanın mərkəzində, Respublika meydanında, yerin altında uyuyan böyük Azərbaycan mədəniyyəti öz tarixi gününü, üzə çıxmağını gözləyir”.

Süjetdə erməni alim və araşdırmaçılarının etiraflarına da yer verilib: “Qədim İrəvan başqa bir sivilizasiyaya aid təbəqədir. İrəvanı qazmaq olmaz, çünki yerin altında türk izləri var. Bura bizə aid deyil. İrəvanda türklər olanda o vaxt dövlətçiliyimiz belə yox idi. İrəvanın qazıntısı ermənilərdə qorxu yaradır, çünki türk izləri üzə çıxır. Ermənilər İrəvanın mərkəzində qazıntı aparmağa qorxurlar. İrəvanın tarixini soruşanda biz onu muzeyə aparırıq, gerçək şəhəri isə göstərmirik. Aidiyyəti olmayan fraqmentləri göstərmək əvəzinə köhnə şəhəri qürurla göstərib gerçəyi desək daha yaxşı olar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: “İrəvanda qazıntı işləri ermənilərdə qorxu yaradır, türk izləri çıxır”


Qərbi Azərbaycan Xronikası: “İrəvanda qazıntı işləri ermənilərdə qorxu yaradır, türk izləri çıxır”


Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı