Azərbaycan Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunu iki dəfə artırıb

Bu ilin I rübündə Azərbaycan Türkiyə iqtisadiyyatına 40 milyon ABŞ dolları investisiya yatırıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyənin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,7%-dən 12,1%-ə çatıb.

Yanvar-mart aylarında Türkiyə isə Azərbaycan iqtisadiyyatına 261,4 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 10,7% azdır.

İl ərzində Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 19,3%-dan 17,3%-a düşüb.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı