Kürdəmirdə dəhşətli qəza: Ölənlər var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayon sakini 1992-ci il təvəllüdlü Əflatun Əflan oğlu Umudovun idarə etdiyi “Mercedes” markalı avtomobil Cəyli kəndi ərazisində aşıb.

Bir neçə dəfə yuvarlanaraq əkin sahəsinə düşən maşının sürücüsü ağır xəsarətlər alıb.

Avtomobildə olan sərnişinlər – 1984-cü il təvəllüdlü Ceyhun Ağanəzər oğlu Xanalıyev, 1993-cü il təvəllüdlü Toğrul Hikmət oğlu Xanalıyev və 1982-ci il təvəllüdlü Süleyman Qarakişi oğlu Əhmədov hadisə yerində vəfat edib.

Vəfat edən şəxslərdən Ceyhunla Süleyman bacanaq olublar.

Sürücü Əflatun Umudov ağır vəziyyətdə Bakıya gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı