Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti bir-sıra fəsadlar törədib.

APA xəbər verir ki, axşam saat 20 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Balakən, Zaqatala, Qax və Oğuz rayonlarının ərazilərində güclü külək əsib, qısamüddətli leysan yağışı yağıb. Güclü külək səbəbi ilə axşam saat 21 radələrindən Balakən rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda Balakən Rayon Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları ərazilərdə elektrik enerjisinin verilməsində yaranan fasilənin aradan qaldırılması istiqamətində işlər aparırlar.

Axşam saatlarında güclü külək Qax rayonunun bir-neçə yaşayış məntəqəsində də elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaradıb. Rayonun Turaclı kəndi istiqamətində yol kənarında ağac aşıb.

Axşam saatlarında Oğuz rayonunda əsən güclü külək səbəbi ilə Oğuz- Bayan avtomobil yolunun kənarındakı ağaclar aşıb, yolda avtomobillərin hərəkətində bir müddət fasilə yaranıb. Aidiyyəti qurumların müdaxiləsindən sonra aşan ağaclar yoldan götürülüb, hərəkət yenidən bərpa olunub.

Hazırda şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Həmin görüntüləri təqdim edirik:

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı