Tovuzda avtomobilin traktoru ötmə istəyi faciə ilə sonlandı: Xəsarət alanlar var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

VAZ-21011 markalı avtomobil “Belarus” markalı traktoru ötmək istəyərkən onun təkərinə dəyərək idarəetməni itirib və yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində VAZ-21011 markalı avtomobildə olan sərnişinlər, Hunanlar kənd sakinləri – 77 yaşlı Güllü Alıyeva və onun bacısı Salatın Abdullayeva xəsarət alıblar.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı