Azərbaycanda məktəb yanır: Yanğınsöndürən texnikalar cəlb edildi

Şəkidə məktəbin istifadə olunmayan korpusunda yanğın baş verib.

“Report”un məlumatına görə, güclü yanğın Turan qəsəbə tam orta məktəbinin istifadəyə yararsız, bir müddətdir tədris keçirilməyən korpusunda qeydə alınıb.

Hadisə yerinə Şəki Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Hazırda ikimərtəbəli məktəb korpusunun söndürülməsi istiqamətində işlər aparılır.

Azı üç yanğınsöndürən texnikasının cəlb olunduğu bildirilib.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı