Bakıda su borusu partlayıb

Nəsimi rayonunda su borusu partlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumatda qeyd olunub ki, Nəsimi rayonu, Xan Şuşinski küçəsi ilə Hənifə Ələsgərov küçəsinin kəsişməsində su xəttinin partlaması nəticəsində dünən gecədən başlayaraq su yola axır.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Neyman Səfərəliyev bildirib ki, həmin ərazidə 200 mm diametrli xətdə qəza baş verib:

“Uzun müddət istismarda olan köhnə xətdir. Çox güman ki, bu səbəbdən olub. Amma dəqiq səbəbi qazıntı zamanı məlum olacaq. Qəzanın fəsadları yaxın saatlarda aradan qaldırılacaq”.

Almaz Qasımova

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı