“Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksəksəviyyəli görüş davam edir

Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda 29-cu yüksəksəviyyəli görüşün ikinci günü başlayıb.

“Report” xəbər verir ki, tədbirin ikinci günündə dörd panel müzakirəsi keçiriləcək və bu panellərdə iqlim dəyişikliyində elm, texnologiya və innovasiyaların rolu, qida və kənd təsərrüfatı sektorlarında vəziyyət, eləcə də maliyyə məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, iyunun 19-da tədbirin ilk günü ərzində üç panel müzakirəsi keçirilib və bu panellərdə iqlim dəyişikliyinin təsirlərin yumşaldılması, uyğunlaşma və dayanıqlılıq, həmçinin onun su ehtiyatlarına, biomüxtəlifliyə və ərzaq təhlükəsizliyinə təsiri müzakirə edilib.

İclas iyunun 21-də Zəngilanda davam edəcək.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı