Ağdamda velosipedlə hərəkətdə olan yeniyetmə vuruldu

Ağdamda minik avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı yeniyetməni vurub.

APA xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

2009-cu il təvəllüdlü Vüsal Ramil oğlu Hüseynli velosipedlə yolu keçmək istəyərkən “90-UX-771” dövlət qeydiyyat nişanlı “Mercedes-Benz” markalı minik avtomobili onu vurub.

Vüsal Hüseynli təcili-tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı