Bir sıra ərazilərə leysan xarakterli yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA 23.06.2024

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 9:00-a olan məlumata əsasən, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib.

Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub. İyunun 23-ü gecə saatlarında Şahdağın 3 000 metr yüksəkliklərinə qar yağıb.

İyunun 22-si axşam və 23-ü gecə saatlarında Balakən, Şəki, Zaqatala rayonlarına diametri 20 millimetrədək olan dolu düşüb. Şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti arabir 20-25 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 34, Aran rayonlarında 35, dağlıq rayonlarda 21, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək isti olub.

Mənbə

0
0
Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Ətraflı